İbrahimov onu Sabunçuya rəis təyin etdi

İbrahimov onu Sabunçuya rəis təyin etdi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin sabiq rəisinə yeni vəzifə verilib.

Bu barədə xidmət rəisi Mürsəl İbrahimov müvafiq əmr imzalayıb.

M.İbrahimovun əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Nicat Zəfər oğlu Həsənov rotasiya ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon idarəsinin rəisi polkovnik Hüseyn Quliyev Binəqədi rayon idarəsinin rəisi təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər