Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçünsə 18 ay müəyyən edilib. Həmçinin müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var.

Türkiyədə isə hərbi xidmətə çağırış yaşı 21-dir.

Bəs ölkədə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Bizim.media-ya söyləyib ki, hələlik bununla bağlı təklif yoxdur:

“Belə bir təklifin olması gözlənilmir, çünki dünya praktikasında bu yoxdur. Müəyyən səbəblərdən hərbi xidmətə çağırışın təxirə salınması praktikası mövcuddur ki, bu, Azərbaycanda da belədir”.

Deputat hesab edir ki, bu yaşın seçilməsi gənclərin sonrakı planlarına uyğundur:

“18 yaş ona görə qəbul edilib ki, artıq bu, oğlanların yetkinlik dövrüdür, digər tərəfdən, müəyyən bir müddət vətənə olan hərbi borcunu verdikdən sonra gənclər özünün gələcək planlarını həyata keçirməyə başlayırlar.

Yəni təhsil, ixtisas qazanma, ailə qurmaq, işləyib ailəsinə və yaxud da özünə maddi imkanlar yaratmağa başlayırlar. Hər bir ölkənin özünün qanunvericiliyinə görə, hərbi xidmət başa çatdıqdan sonra gənclər öz həyatlarını planlarına uyğun olaraq qura bilsinlər. Buna görə də çağırış yaşı 18 qəbul edilib”.

Tehsil-press.az

Oxşar xəbərlər