Ali məktəbə qəbulda rekord qeydə alındı

Ali məktəbə qəbulda rekord qeydə alındı Bu il Azərbaycan təhsil tarixində ən yüksək göstərici qeydə alınıb. 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

Ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib.

Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tehsil-press.az

Oxşar xəbərlər