Nə qədər abituriyent tələbə ola bildi?

Nə qədər abituriyent tələbə ola bildi? Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzi bununla bağlı rəqəmləri açıqlayıb.
Məlumata əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində ümumilikdə 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olanların 6810-nu subbakalavrlar təşkil edir.
Bununla yanaşı, 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq imkanına sahib olub.

Nə qədər abituriyent tələbə ola bildi?

Tehsil-press.az

Oxşar xəbərlər