Pandemiya şəraitində iyunun 10-dan sentyabrın 20-dək ölkənin bütün rayon və şəhərlərini əhatə etməklə 9 və 11-ci siniflər üzrə buraxılış, Azərbaycan dili, əvvəlki illərin məzunları üçün qəbul və digər imtahanlar keçirilib. Ümumilikdə 19 növ imtahanda 307 min nəfər iştirak edib. Bundan başqa, dövlət qulluğuna onlayn qaydada 882 müsahibə təşkil olunub.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 24-də jurnalistlərə açıqlamasında söyləyib. O bildirib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib. Onlardan 42 min 731-i (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 min 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi, 21 min 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bu il 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadalarının, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil aldığı üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunub. Həmçinin 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. Bundan əlavə, I ixtisas qrupu üzrə 146 abituriyent Azərbaycan-Fransız Universitetinə, IV ixtisas qrupu üzrə 121 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 110 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.
Ümumilikdə 45 mülki ali təhsil müəssisəsinə və 7 xüsusi təyinatlı (Polis Akademiyası, DTX Akademiyası, Sərhəd Xidmətinin Akademiyası, Ali Hərbi Məktəb, Daxili Qoşunların Ali Hərbi Məktəbi, FHN Akademiyası, Tibb Universitetinin Hərbi həkim işi) ali təhsil müəssisəsinə qəbul aparılıb. Beləliklə, həm müsabiqə nəticəsində, həm müsabiqədənkənar, həm ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin ali təhsil müəssisələrinə qəbul olanların sayı 43412 nəfərdir.
Hazırda qruplar üzrə 5751 vakant yer qalıb. Birinci qrupda vakant yerlərin ümumi sayı 1762-dir, ondan 1309 yer Azərbaycan bölməsi üçündür. İkinci qrupda 3048, o cümlədən Azərbaycan bölməsində 1727 vakant yer qalıb. Üçüncü qrupda vakant yerlərin ümumi sayı 296-dır. Azərbaycan bölməsində 1, rus bölməsində 283, birgə müsabiqə üzrə 12 yer qalıb. Dördüncü qrupda ümumilikdə 555, o cümlədən Azərbaycan bölməsi üzrə 400, rus bölməsi üzrə 51, birgə müsabiqə üzrə 104 yer vakantdır. Beşinci qrupda 90 vakant yer qalıb, bunların hamısı xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Onun 46-sı Azərbaycan, 5-i rus bölməsi üzrə, 39-u birgə müsabiqə üçün təqdim edilib.
Tehsil-press.az