Xalq artistinin oğluna yüksək VƏZİFƏ VERİLDİ

Xalq artistinin oğluna yüksək VƏZİFƏ VERİLDİ Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov Xalq artisti Rafiq Əzimovun oğlu Eldar Əzizovu "Azərterminalkompleks" Birliyinə direktor müavini təyin edib.

Bunu Qaynarinfo.az-a Xalq artistinin özü bildirib.

Aktyor bildirib ki, oğlu Eldar Əzizovun vəzifəyə təyin olunması ilə bağlı xəbəri ona həyat yoldaşı verib:

"Çox sevindim, qürurlandım. Yoldaşım məlumatı mətbuatdan oxuyub və mənə zəng edib. Eldar uşaqlıqda aktyor olmaq istəyirdi. 10-cu sinifi bitirənə qədər bu sənətlə maraqlanırdı. Amma bir gün başqa bir sahəyə meyl etdi və biz də onun həvəsini görürdük. Bu gün onun uğurlarını mətbuatdan oxuyuruq".

Qeyd edək ki, Eldar Əzimov bundan əvvəl "Azərterminalkompleks" Birliyində Xidmətlərin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər