Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) silahlıları ölkənin sayca ikinci ən iri neft kəmərini partladıb.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, "Ecopetrol" dövlət neft şirkətinin ikinci böyük neft kəməri Kolumbiyanın şimal-şərq regionundakı Arauka departamentində silahlılar tərəfindən partladılıb. Partlayış nəticəsində neft məhsulları Boxaba çayına axıb.
Neft şirkətin yaydığı məlumatda isə bildirilir ki, xüsusi xidmət bölməsinin əməkdaşları partlayışın fəsadlarını aradan qaldırmağa çalışır.
"Ecopetrol"un adının çəkilməsini istəməyən işçisini bildirib ki, şirkət boru kəmərinin zərər vurulmuş hissəsi üzrə neft məhsullarının nəqlinə müvəqqəti olaraq fasilə verib. Qeyd edək ki, ELN bəzi beynəlxalq təşkilatlar tərəfindən terrorçu qurum kimi tanınır.
tehsil-press.az