Nazirlik mərhum nazirin qohumuna 433 minlik tender verdi

Nazirlik mərhum nazirin qohumuna 433 minlik tender verdi Kənd Təsərrüfatı Nazirliyi (KTN) 433 146,14 manat dəyərində lisenziya, sertifikat, xidmət, təchizatçı dəstəyi, zəmanətlər və səs sistemi avadanlıqları alacaq.

KTN artıq bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "Caspel" şirkəti seçilib.

Bu şirkət 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 1 146 020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 50B-də yerləşir. Caspel MMC-nin qanuni təmsilçisi isə Ceyhun Məhi oğlu Quliyevdir.

Ceyhun Quliyev 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib.

Fazil Məmmədov 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur./Qaynarinfo.az/

Tehsil-press.az

Oxşar xəbərlər