Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binası 22 milyona başa gələcək

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni binası 22 milyona başa gələcək Ədliyyə Nazirliyinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.
Tenderin qalibi 21 milyon 650 min manat təkliflə "Euroline" QSC olub.
“Euroline” QSC 1999-cu ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2200 manatdır. Hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndi olan şirkətin qanuni təmsilçisi Muhammad Asifdir.

Tehsil-press.az



Oxşar xəbərlər