Noyabrda normadan artıq yağış gözlənilir - Ekoloq xəbərdarlıq etdi

Noyabrda normadan artıq yağış gözlənilir - Ekoloq xəbərdarlıq etdi "Normadan artıq olan yağıntılar daşqınlara səbəb olacaq. Bu yağıntılar müxtəlif sahələrdə ölkəyə fəsadlar vuracaq". Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev noyabr ayında gözlənilən yağıntıların zərərlərindən danışarkən deyib.

Ekoloq bildirib ki, yağıntılar normadan artıq olanda dağlıq və dağətəyi yerlərdə daşqınlara səbəb olur:

"Bu da ilk növbədə kənd təsərrüfatına ziyan vuracaq. Arzu olunan hal deyil. Hazırda pambıq yığımının qızğın vaxtıdır. Yağıntılar pambığın yığılmasına maneə törədə bilər. Kombayın onu quru vəziyyətdə yığmalıdır".

Ekspert vurğulayıb ki, iqlim dəyişikliyinin ən çox fəsadları kənd təsərrüfatı məhsullarına dəyir:

"Əgər leysan xarakterli olsa, bu da torpağın müəyyən üstü qatının yuyulmasına, eroziyaya səbəb olur".

"Şəhər əhalisi indidən gəmi hazırlasın. Təbii fəlakətlərin sayı artıb və artacaq. Vurduğu zərər də artır. Bundan əvvəl dünya iqtisadiyyatı 30 milyard zərər çəkirdisə, bu gün həmin rəqəm 70 milyardı keçib", deyə ekoloq əlavə edib.

Xosrov Musayev deyib ki, atmosferin çirklənməsi sonda iqlim dəyişikliyinə gətirib çıxarır:

"İqilimi, atmosferi çirkləndirən ölkələr var. Çin, ABŞ, Avropa ölkələri..."

Tehsil-press.az

Oxşar xəbərlər