Bir neçə gün öncə tehsil-press.az-ın redaksiya məqaləsində Eynulla Fətullayev, Ermənistan siyasi rəhbərliyinin nüfuzlu nümayəndələrinin bu ölkədə nüvə silahının (o cümlədən, «çirkli bomba»nın) mövcudluğu barədə son bəyanatlarına istinad edərək, Azərbaycan Xarici İşlər Nazirliyini AEBA-ya Ermənistanın radioaktiv elementlərin hərbi məqsədlər üçün istifadəsi ilə bağlı şikayətin verilməsi proseduruna başlamağa çağırmışdı.
Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan və bu ölkənin siyasi və hərbi rəhbərliyinin digər nümayəndələri dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildirmişdilər.
Azərbaycan XİN hansı tədbirləri görmək niyyətindədir? Ölkənin xarici siyasət idarəsi Ermənistandan şikayət verilməsi proseduruna başlayaraq, radioaktiv elementlərdən hərbi məqsədlər üçün istifadənin yoxlanması baxımından müvafiq təftişin aparılmasına çalışacaqmı?
Tehsil-press.az-ın suallarına Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev cavab verir.
- Ermənistanın indiki və sabiq rəhbər şəxsləri Ermənistanın nüvə silahına malik olması barədə bəyanatlarla çıxış edirlər. Bu barədə nə deyərdiniz?
- Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.
Azərbaycanın Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına (AES) dair narahatlıqları və bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində onun bağlanılması məsələsi mütəmadi şəkildə tərəfimizdən qaldırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31 mart – 1 aprel 2016-cı il tarixində Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində çıxışında da Ermənistan ərazisində 1976-cı ildə “Çernobıl” AES-in texnologiyasına əsasən tikilmiş bu stansiyaya diqqət çəkmiş və beynəlxalq birliyi stansiyadan irəli gələn təhlükəyə qarşı tədbirlər görməyə növbəti dəfə çağırmışdır. Bütün region üçün təhlükə olan və seysmik zonada yerləşən bu stansiyanın köhnəlmiş reaktorunun daimi olaraq soyudulması ciddi problem olaraq qalmaqdadır.
Son zamanlar nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması faktları artmaqdadır. Qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunmuşdur. Bu qruplardan bəziləri hətta 2003 və 2010-cu illərdə yüksək zənginləşdirilmiş uranı və Sezium 137 materialını Ermənistan ərazisindən çıxarılmasına cəhd göstərmişdir. Bu ilin aprel ayında isə Gürcüstan ərazisində tutulan 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun hər bir üzvünün əvvəllər Metsamor AES-də çalışdıqları məlum olmuşdur. Qrup tərəfindən qara bazarda milyon dollarla qiymətləndirilən uranın (238) Yaxın Şərq regionuna satılması planlaşdırılırdı. Qeyd edilməlidir ki, aşkarlanan mənbələrdən partlamaqla radioaktivlik yayan “çirkli bombalar”ın hazırlanmasında istifadə edilməsi mümkünlüyü regionun nüvə təhlükəsizliyinə Ermənistan və
Metsamor AES-dən irəli gələ biləcək riskləri bir daha xatırlatmağa imkan verir. Bununla yanaşı, Metsamor AES-də istifadə edilmiş nüvə yanacağı və tullantılarının vəziyyətinin şübhəli olması, xüsusilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı kontekstində regionda nüvə təhlükəsizliyinə ciddi təhdid mənbəyi olaraq qalır.
Bir müddət əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, cari ilin 29 aprel tarixində isə Ermənistanın sabiq baş naziri və hal-hazırda Ermənistan Milli Konqres partiyasının Ermənistan Parlamentindəki deputatı olan Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya “nüvə silahına” malik olmaları barədə açıqlamaları ciddi suallar doğurur.
- Ermənistanın bu əməlləri barədə beynəlxalq təşkilatlara müraciət edilməsi nəzərdə tutulurmu?
- Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. Qeyd etmək lazımdır ki, 1540 saylı BMT TŞ-nın qətnaməsində dövlətlərin nüvə materiallarının fiziki təhlükəsizliyi, onların qeyri-qanuni yayılması və ticarətinin qarşısının alınmasına dair öhdəlikləri vardır. Göründüyü kimi Ermənistan ərazisindən sərbəst şəkildə radioaktiv materiallar daşınır, Ermənistanın hüquq-mühafizə, sərhəd və gömrük orqanları bu ticarətə göz yumurlar. İstisna deyil ki, Ermənistan rejimi nüvə materiallarının qaçaqmalçılığına şərait yaratmaqla şəxsi mənfəət də güdür.
Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı hallarının, habelə Azərbaycana qarşı qisas hissi ilə köklənən Ermənistanın rəsmi şəxslərinin “nüvə silahı” barədə təhdidlərinin AEBA tərəfindən ciddi şəkildə nəzarətə götürülməsi və araşdırılmasını zəruri hesab edirik. Bununla əlaqədar, rəsmi kanallar vasitəsilə AEBA-ya müraciət ediləcəkdir.
Tehsil-press.az