Məşhur cərrahdan maddi ziyan tələb edilir

Məşhur cərrahdan maddi ziyan tələb edilir Tibb elmləri doktoru, neyrocərrah Əliosman Qədimbəylidən maddi ziyan tələb edilir.

Qəniyeva Məryəm Ziyad qızı adlı vətəndaş bu tələblə Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

O, Əliosman Qədimbəyli ilə yanaşı Medaura Klinikasını da məhkəməyə verib.

"Medaura Klinikası” MMC 25.10.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan "Medaura Klinikası”nın qanuni təmsilçisi Zeynallı Nihat Yusasif oğludur.

Əliosman Qədimbəylinin də bu klinikada çalışdığı bildirilir. O, kifayət qədər tanınmış həkimdir.

Tehsil-press.az

Oxşar xəbərlər