Amerikadan Qarabağ açıqlaması

Amerikadan Qarabağ açıqlaması ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Dağlıq Qarabağda yaradılmış işğalçı rejimin "müstəqilliyini" tanımır.

Tehsil-press.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. O deyib: "Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamasalma kontekstində müəyyən ediləcək". O həmçinin bildirib ki, ABŞ münaqişənin həllinə nail olmaq üçün tərəfləri xoşməramlı ruhda danışıqlar masası arxasına oturmağa çağırır.

Tehsil-press.az

Oxşar xəbərlər