“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse BDU tələbələri ilə görüşəcək

“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse BDU tələbələri ilə görüşəcək Yanvarın 14-də “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşəcək.

Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST” bu il 1-4 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək. Bu il 7 əsas, 14 alt kateqoriya üzrə Türkiyədən və dünya ölkələrindən olan yüzlərlə komandanın yarışacağı festivalda yarışmacılara 5 milyon Türkiyə lirəsindən artıq mükafat və maddi dəstək veriləcək. “TEKNOFEST-2025” eyni zamanda bu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində daha geniş miqyasda, ənənəvi formada da təşkil olunacaq.

Ahmet Köse “TEKNOFEST-ŞKTC” ilə bağlı məlumat verəcək, yarışmada iştirak edəcək BDU komandalarının suallarını cavablandıracaq.

Tədbir saat 14.00-da 3 saylı tədis binasının akt zalında keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər