Azərbaycanlı gənc mühəndislər “TEKNOFEST”də uğurlu nəticə əldə ediblər

Azərbaycanlı gənc mühəndislər “TEKNOFEST”də uğurlu nəticə əldə ediblər Avqustun 9-dan 14-dək “TEKNOFEST” festivalı çərçivəsində Türkiyənin Kütahya şəhərində təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət komanda bürünc medala layiq görülüb.
Festivalda İstanbulun Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət “DroneX” komandası iştirak edib. “DroneX” 98 komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda üçüncü yerə yüksəlib.
Bununla bağlı məlumat verən komandanın kapitanı, Yıldız Texniki Universitetinin eyni bölümünün sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı şanlı Ordumuzun Qarabağ Zəfərinə həsr etdiklərini bildiriblər.
Müsabiqənin final mərhələsini izləyənlər arasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da olub.
Qalib komandalara mükafatların 30 avqust-4 sentyabr arasında Türkiyənin Samsun şəhərində keçiriləcək “TEKNOFEST” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunması gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər