“Bilim Bakı” Mərkəzinin rəhbəri AzMİU-da tələbələr üçün infosessiya keçirib

“Bilim Bakı” Mərkəzinin rəhbəri AzMİU-da tələbələr üçün infosessiya keçirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Bilim Bakı”nın rəhbəri Yusuf Polat tərəfindən “TEKNOFEST” festivalı ilə bağlı infosessiya keçirilib.
Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova çıxış edərək universitetdə startap ekosisteminin formalaşdırılması, tələbələrin innovativ ideya və layihələrinin dəstəklənməsi ilə bağlı görülən işlərdən danışıb. AzMİU-nun yerli və beynəlxalq startap yarışlarında, eləcə də bu qəbildən olan festivallarda uğurla təmsil olunduğunu vurğulayan prorektor qeyd edib ki, tələbələr “TEKNOFEST”ə böyük maraqla yanaşırlar.
Çıxışına 2022-ci ilin may ayında Bakıda keçirilmiş möhtəşəm “TEKNOFEST”i xatırlatmaqla başlayan Yusuf Polat növbəti festival haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın ən böyük texnologiya yarışına müraciətlər artıq başlayıb. “TEKNOFEST 2023” yarışına qeydiyyat noyabrın 20-də bitəcək. 41 alt kateqoriyada 102 əsas yarışın təşkil ediləcəyi festival İstanbulun Atatürk Hava Limanında keçiriləcək. İştirakçılar layihələrini tematik çadırlarda təqdim edəcəklər.
Festivalda iştirak etmək istəyənlər teknofest.org saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər