Yeni baş məşqçi rəhbərliyə “üsyan” etdi - Mənə yalan vədlər verdiz, aldatdız...

Yeni baş məşqçi rəhbərliyə “üsyan” etdi - Mənə yalan vədlər verdiz, aldatdız... Ötən ilin noyabrında “Səbail”in baş məşqçisi təyin olunan Cavid Hüseynovla klub funksionerlərinin münasibətləri çox pisləşib.

İdman direktoru Zamiq Hüseynovla yola getməyən, Vüqar Bəybalayev kimi ona yaxın kadrları ətrafından uzaqlaşdıran çalışdırıcı aldadıldığını düşünür.

Gənc mütəxəssis rəsmilərlə söhbətində sözünü açıq şəkildə bildirib. Buradan dəvət aldığı zaman başqa vədlər verildiyini xatırladıb, əməldə isə onların heç birini görmədiyini deyib.

Misal kimi transfer büdcəsinin ayrılmamasını göstərib.

Qeyd edib ki, təklif aldığı vaxt normal futbolçuların düşərgəyə gətiriləcəyi söylənilib, amma məqam yetişəndə məlum olub ki, nə pul var, nə para.

«Dənizçilər» qış fasiləsində cəmi 3 yeni oyunçu gətirib. Bayıl təmsilçisi İnnosent Nşutini transfer edib.

25 yaşlı ruandalı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Səbail" həmçinin Mirabdulla Abbasov və Marko Nikoliçi sıralarına qatıb.

Tehsil-press.az

Oxşar xəbərlər