Yeni baş məşqçi onları özünə köməkçi götürdü

Yeni baş məşqçi onları özünə köməkçi götürdü Azər Bağırovun “Kəpəz”in yeni baş məşqçisi olacağını xəbər vermişdik.

Artıq onun köməkçilərinin kimliyi də bizə məlumdur.

O, “Araz-Naxçıvan”da da çiyin-çiyinə çalışdığı qardaşı Araz Bağırovu Gəncəyə gətirib.

Həmçinin bu yay “Qəbələ”dən ayrılmış 2 məşqçi bundan sonra “sarı-göylər”in uğurları üçün çalışacaq. Bunlar qapıçılar üzrə çalışdırıcı Vüqar Məmmədov və analitik Rakif Əliyevdir.

Martda «Araz-Naxçıvan»dan ayrılan A.Bağırovla mövsümün sonunadək kontrakt bağlanması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər