
Vu barədə Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Arayik Harutyunyan Tovuz rayonunda baş verən hadisələrdən danaışarkən deyib.
Arayik Harutyunyan daha sonra qeyd edib:
“Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim Feysbuk səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edir və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.
Tehsil-press.az