“Düşünürəm ki, Ermənistanın yeni reallığa uyğunlaşması vaxt tələb edəcək. Onlar psixoloji cəhətdən buna hazır deyillər. Çünki artıq qeyd etdiyim kimi, onlarla manipulyasiya ediblər, onların beyinlərini yuyublar. Onlar özləri üçün heç vaxt sahib olmadıqları saxta tarix yaradıblar”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.
Dövlət başçısı çıxışına belə davam edib:
“Mən çox dərinə getmək istəmirəm, amma həmin tarixi qəhrəmanlar belə onların özlərini göstərdiyi millətə məxsus deyil. Onların XX əsr tarixi tamamilə saxta tarixdir. Onlar bir-birini inandırmağa çalışırdılar və bəlkə də onların ən böyük problemi odur ki, onlar heç vaxt olmayan bir şeyə və nəyi əldə edəcəklərinə dair planlara bir-birini inandırmağa nail olublar. Əks halda, müharibədən əvvəl onlar yüksək səviyyədə, prezident, baş nazir səviyyəsində Sevr razılaşması haqqında danışmazdılar. Onlar Türkiyəyə qarşı ərazi iddiaları barədə danışırdılar. Bu barədə danışmaq və bunu planlaşdırmaq üçün ağılsız olmaq lazımdır.
Xatırlayıram ki, bir neçə il bundan əvvəl gənc ermənilərlə görüşdə o vaxtkı cinayətkar prezident Sarkisyandan soruşulanda ki, biz Türkiyədə qədim torpağımıza nə vaxt qayıdacağıq, o dedi ki, bizim nəsil bu qələbəni qazandı, bunu etmək sizin öhdənizə düşür. İndi Sarkisyan haradadır? O, Qarabağdan qaçdı. O, müharibə zamanı orada idi. O, oraya gəldi, lakin sonra müharibə qəhrəmanı hesab olunan Koçaryanla birlikdə qaçdı. Onlar qorxaqdırlar. Birinci Qarabağ müharibəsində ayağını itirmiş sabiq müdafiə naziri Ohanyan biz gəlməmişdən cəmi bir neçə gün əvvəl Şuşadan qaçmasaydı, Şuşada başını itirə bilərdi. Onların psixologiyası budur. Onları elə böyüdüblər ki, guya onlar dünyanın ən böyük millətidir, hərtərəfli dəstəyə layiqdirlər, hər kəs onlara borcludur, heç kim bilmir nəyə görə və onlar şəxsi və korporativ üstünlüklər əldə etmək üçün saxta tarixlərindən istifadə edirdilər.
İndi hamı başa düşəndə ki, onların ordusu mövcud deyil, onların 10 min fərarisi var, 10 min. “Məğlubedilməz ordu”. Onların bütün qavrayışı dəyişib. Siz tamamilə haqlısınız, bu, travmadır, psixoloji travma. Lakin kim cavabdehdir? Özləri. Təkcə hakimiyyətdə olanlar deyil, bütün cəmiyyət cavabdehdir. Onlar gözlərini açmalı, başa düşməlidirlər ki, bu mühitdə yaşamalı olacaqlar. Onlar Türkiyə ilə münasibətlərin qurulmasında Türkiyədən daha çox maraqlıdırlar və maraqlı olmalıdırlar. Türkiyə sərhədi həmişəlik bağlı saxlayaraq yaşaya bilər. Bu, Ermənistan üçün vacibdir. Biz həmişəlik yaşaya bilərik.
Məsələn, biz Zəngəzur dəhlizindən danışırıqsa, bəli, onun Naxçıvanla əlaqəsi olacaq. Məgər indi bizim əlaqəmiz yoxdur? Bəli, var. Bu, onlar üçün olacaq və onlar bu dəyişikliyi etməlidirlər. Lakin məndən soruşsanız ki, Ermənistanda siyasi dairədə vəziyyətə real baxacaq kimsə varmı? Xeyr. Hətta, əgər belə bir şəxs varsa, o, bunu heç vaxt açıq şəkildə etməyəcək. Çünki dərhal hücuma məruz qalacaq. Dərhal tənqidə məruz qalacaq. Onu öz dillərində təhqir olaraq türk adlandıracaqlar. Onu xain adlandıracaqlar və s”.
Tehsil-press.az