Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Suriyada baş verən silsilə terror aktları nəticəsində azı 100 nəfər həlak olub. Tehsil-press.az-ın məlumatına görə, hadisə Suriyanın iki şəhərində Cobla və Tartusda, Rusiya hərbi bazalarının yaxınlığında törədilib. Tartusda avtovağzalın yanında minalanmış avtomobil partlayıb. Bundan başqa, iki döyüşçü də vağzal yaxınlığında özünü partladıb.
Cobla şəhərində də bir neçə partlayış qeydə alınıb. Suriyanın dövlət KİV-lərinin verdiyi məlumata görə, partlayış əsasən izdiham yaşanan yerlərdə - avtobus dayanacağı və xəstəxanalarda törədilib. Məlumata görə, silsiləli partlayışların hələlik iki kamikadze tərəfindən törədildiyi dəqiqdir. Onlardan biri piyada, digəri isə avtomobildə özünü partladıb.
Tehsil-press.az