Türkiyənin cənub-şərqində daha bir terror aktı törədildi

Türkiyənin cənub-şərqində daha bir terror aktı törədildi Türkiyədə terror hadisəsi baş verib.

Tehsil-press.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin cənub şərqində yerləşən Mardin vilayətində jandarm postunun yaxınlığındakı avtiomobildə quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 3 nəfər şəhid olub, 9 nəfər yaralanıb. Şəhid olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.


Tehsil-press.az

Oxşar xəbərlər