Şənbə günü İraqın paytaxtı Bağdad şəhərində törədilmiş terror aktları nəticəsində 12 nəfər ölüb, daha 39 nəfər yaralanıb. Virtualaz.org «Reuters» agentliyinə istinadən xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Terrorçular partlayıcı maddələrlə doldurulmuş iki avtomobili Bağdadın şimal hissəsindəki Əl-Hüseyniyyə rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsində partladıblar. Partlayış nəticəsində 9 nəfər ölüb. Daha 3 hərbçi Bağdadın cənub hissəsində hərbi dəstəyə hücum nəticəsində öldürülüb.
tehsil-press.az