Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BDU-nun qalib TEKNOFEST komandasının üzvlərini Universitetin tələbə və əməkdaşları böyük təntənə və sevinclə qarşılayıblar.
Qeyd edək ki, dünyanın 96 ölkəsindən 565776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinini həyata keçirən “NeuroScreen” layihəsi ilə “Əngəlsiz həyat texnologiyaları kateqoriyası üzrə I yerə layiq görülüb. Bu böyük uğura imza atan komandamızın üzvləri İlyas Nəsibov, Reyhan Mirsultanova, Cəmil Cəfərli və Tahir Əliyevdir.
Tehsil-press.az