ABŞ və İsrailin İrana hücumu qarşıdakı həftələrdə nüvə silahı hazırlamaq təhlükəsi ilə bağlıdır.Bu barədə Ağ Ev rəhbəri Donald Tramp "Foks Nyus"a bildirib.
"Əgər biz bunu etməsəydik, iki həftə ərzində nüvə başlığına sahib olacaqdılar. Sonra bunların heç biri mümkün olmazdı", - Tramp deyib.
Qeyd edək ki, İsrail və ABŞ orduları 28 fevral səhər saatlarından İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən raket zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla, bir çox yüksək rütbəli məmur ölüb.
İran ordusu cavab tədbiri olaraq qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə hava hücumu təşkil edir.
Tehsil-press.az













