Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.

BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu Audiovizual Şura tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təlimlərin tələbələr üçün məhsuldar və müsbət nəticələr verdiyini bildirib.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, xüsusilə uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən sözügedən sahədə audiovizual media subyektlərinin maarifləndirilməsi barədə tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, audiovizual mediada uşaqların zərərli informasiyadan qorunması, eləcə də onların şəxsiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlər prioritet istiqamət kimi müəyyən edilərək daim nəzarətdə saxlanılır.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Audiovizual mediada uşaq hüquqları” mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, habelə qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət və öhdəlikləri haqqında ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər