BDU-da ali məktəb tələbələri üçün seminar: “Gender əsaslı zorakılıqla mübarizə”

BDU-da ali məktəb tələbələri üçün seminar: “Gender əsaslı zorakılıqla mübarizə” Bakı Dövlət Universiteti (BDU) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda ali məktəb tələbələri üçün maarifləndirici seminar keçirilib.

Seminarda çıxış edən ekspert Abil Bayramov gənclər arasında gender bərabərliyi mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın (erkən nikah, məişət zorakılığı, selektiv abort və s.) fəsadları və onunla mübarizə, bu sahədə dövlət siyasəti və mövcud qanunvericilik aktları haqqında məlumat verib. Bildirib ki, gənc nəslin maariflənməsi gələcək fəsadların aradan qaldırılmasında ilkin və effektiv addımdır.

Təlimin sonunda tələbələrin gender əsaslı zorakılıq halları ilə rastlaşdıqda ata biləcəyi ilkin addımlar və bu istiqamətdə görülmüş işlər barədə müzakirələr aparılıb.

Seminarda BDU, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər