"Məndən səhnə mədəniyyəti götürsünlər, geyinməyi öyrənsinlər" - Şəbnəm Tovuzlu

Müğənni səhnə mədəniyyəti və sənət etikası ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib.

Sənətçi bildirib ki, illərdir səhnədə və tamaşaçı qarşısında davranışına xüsusi diqqət yetirib və bu mövzuda gənc ifaçılara nümunə ola biləcəyini düşünür:

"Məndən yaxşı səhnə mədəniyyəti götürsünlər. Bir dəfə olsun səsimin tonunu qaldırmamışam. İllər boyu tamaşaçıya qarşı hörmətsizliyim olmayıb".

Müğənni vurğulayıb ki, sənətçilər təkcə ifaları ilə deyil, ümumi davranışları ilə də məsuliyyət daşıyırlar:

"Bu şeyləri məndən nümunə götürsünlər. Mahnılarına fikir versinlər, el şənliklərində necə davranmalı olduqlarını bilsinlər".

O, xüsusilə səhnə geyimi məsələsinə toxunaraq, qadın sənətçilər üçün bunun vacib məqamlardan biri olduğunu qeyd edib:

"Ən əsası da geyimlərinə fikir versinlər. Xanım həmişə geyimi ilə göz önündə olub. Mən bunlar barədə özümə çox haqq qazandırıram. Elin gözü tərəzidir".

Müğənninin bu açıqlamaları müzakirələrə səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər