
Sənətçi Şəbnəm Tovuzlunun canlı efirdə atasını istəmədiyini deməsinə münasibət bildirib:
"Əvvəl ona hörmətim var idi, amma bu sözündən sonra xoşum gəlmədi. O, valideynini sevmirsə, məni necə istəsin?" Bu sözünə görə ondan soyudum. Ata həssas nöqtəmdir. Valideynini sevməyən heç kimi sevə bilməz. Aralarındakı məsələni dəqiq bilmirəm. Ola bilər səhvi olsun, ancaq bizi dünyaya gətiriblər".
Onun bu açıqlaması sosial şəbəkələrdə müzakirə yaradıb. İzləyicilərin bir qismi Pünhan Piriyevin fikirləri ilə razılaşaraq ailə dəyərlərinin önəmini vurğulayıb, digərləri isə məsələnin Tovuzlunun şəxsi həyatı ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Şəbnəm Tovuzlu son zamanlar verdiyi açıqlamalar və sosial mediada səsləndirdiyi fikirlərlə tez-tez müzakirə mövzusuna çevrilir.
Tehsil-press.az