Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu:- İran Azərbaycana izahat verməli və üzr istəməlidir;
- Bu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir;
Bakı ilk olaraq diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir; ya da adekvat addımla üzləşəcək.
Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr istənilən əməliyyata hazır olmalıdır.
Tehsil-press.az













