Sənətçi geyim tərzi və illər öncəki imici ilə bağlı maraqlı məqamlara toxunub.
O, bildirib ki, səhnə fəaliyyəti dövründə müxtəlif üslublara üstünlük verib:
"Həmişə şalvar da geyinmişəm, cins şalvar da geyinmişəm. Qısa geyimlərim də olub, şəkillərimdə var. O vaxt sosial şəbəkələr yox idi, çoxları bilmir. Bilənlər bilir", - deyə sənətçi vurğulayıb.
Allahverdiyeva həmçinin zövqünün hər zaman olduğunu və xarici görünüşü ilə bağlı bir çox işi özü gördüyünü qeyd edib:
"Zövqüm də var. Saç düzümümü özüm edirəm. O vaxt geyimimi, saçımı - hər bir şeyə bacarığım var idi, özüm hazırlayırdım".
Sənətkarın bu açıqlaması sosial mediada maraqla qarşılanıb və izləyicilər tərəfindən müzakirə olunub.
Tehsil-press.az











