Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub

Bakı ilə İstanbul Atatürk aeroportu arasında hava əlaqəsi bərpa olunub Bakı İstanbulla hava əlaqəsini bərpa edib. Bu barədə Tehsil-press.az-a Heydər Əliyev adına Beynəlxalq Hava Limanından məlumat verilib.

Hava limanından qeyd ediblər ki, AZAL artıq yerli vaxtla saat 08:45-də İstanbul aeroportuna uçuş həyata keçirib. Qeyd edək ki, daha öncə İstanbul hava limanındakı son terror hadisəsi ilə əlaqədar Bakıdan İstanbula 2 reys təxirə salınmışdı. Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.
Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər