
Bu barədə professor Zülfüqar Fərəcov danışıb.
"Sinir faktoru daha çox neyrodermit, ekzema, atopik dermatit xəstəliklərində üstünlük təşkil edir.
Xəstələri müayinə edəndə görürük ki, mərkəzi sinir sistemində, eyni zamanda vegetativ, simpatik sinir sistemi prosesə cəlb olunur.
Müəyyən olunub ki, qaşınmanın kökü sinir faktoru fonundadır. Biz həkimlər əgər qaşınmanı aradan götürsək, çox xəstəlikləri asanlıqla sağaldarıq.
Bəzi xəstələr dərini qaşıyır, yerindən qan çıxır, bu da onları sakitləşdirir".
Tehsil-press.az