Rusiya Azərbaycandan kran gəmisi icarəyə götürməyi planlaşdırır

Rusiya Azərbaycandan kran gəmisi icarəyə götürməyi planlaşdırır Rusiyaya məxsus "Marine Offshore Contractor" MMC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Qurban Abbasov" kran gəmisini icarəyə götürmək niyyətindədir. Tehsil-press.az-ın məlumatına görə, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, bu məsələ ilə bağlı danışıqlara artıq başlanılıb.
QSC nümayəndəsi Rauf Vəliyevlə söhbət zamanı qarşı tərəf bildirib ki, kran gəmisinə baxış keçiriblər və texniki göstəricilər onları qane edir.
Görüşdə həmçinin gələcəkdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər