
Tehsil-press.az-n Gəmiçiliyin saytına istinadən verdiyi məlumata görə, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə daimi əlaqə saxlayaraq, tələb olunan bütün gəmilər hadisə yerinə mobilizasiya olunmuş və dənizdə aparılan əməliyyatların koordinasiyası təmin edilib. Hadisə yerində Gəmiçiliyin “Nefteqaz-64” və Nefteqaz-10” gəmilərində qərargah yaradılıb və hadisə yerinə cəlb olunan gəmilərin işi koordinasiya olunub, əməliyyata cəlb olunan gəmilərin fəaliyyəti vahid mərkəzdən idarə edilib.
Qəzanın aradan qaldırılmasında və saat 18-dən sonra başlamış yanğının söndürülməsinə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (AXDG) məxsus “Nefteqaz-10” və “Nefteqaz-64”, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və “Vixr-7” gəmiləri ilə bərabər, BP Azərbaycan şirkətinin rəhbərliyinin razılığı və köməkliyi ilə həmin şirkətə xidmət göstərən gəmilər də cəlb edilib.Belə ki, Xəzərdə ən böyük yedək-təchizat gəmisi olan Gəmiçiliyin “Lənkəran” gəmisi, AXDG - BUE Caspian Alyansının həmin şirkətə xidmət göstərən “Topaz Dignity”, “Caspian Protektor”, “Caspian Voyager” gəmiləri və onların heyətləri qəzanın aradan qaldırılmasında xüsusi rol oynayıb.
Səhər saatlarında alov söndürüldükdən sonra özüldə təmir-bərpa işləri başlayıb. Hazırda Gəmiçiliyin G.Şıxlinski və Şirvan-2 kran gəmiləri, Nefteqaz-64, Aura, Om təchizat-yedək gəmiləri, AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan “Vixr-5” və AXDG - BUE Caspian Alyansının “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.
Tehsil-press.az