ABŞ-ın hərbi gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açdı

ABŞ-ın hərbi gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açdı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Qasırğa" gəmisi ona yaxınlaşan İran katerlərinə xəbərdarlıq atəşi açıb.

Hadisə dünən Fars körfəzinin şimal hissəsində baş verib.
"CNN"in Pentaqon yanındakı müxbiri Barbara Starr bildirib ki, İran katerləri Amerikanın iki və Küveytin bir gəmisinə 200 metr məsafəyə qədər yaxınlaşıb. "Amerika gəmisi radio ilə əlaqə yaratmağa cəhd göstərib, siqnal raketləri köməyi ilə siqnal vermək istəyib" – deyə reportajda bildirilib.
"Qasırğa" gəmisi sonda suya üç xəbərdarlıq atəşi açıb.


Tehsil-press.az

Oxşar xəbərlər