Tramp Rusiyaya qarşı qəfildən sərtləşdi

Tramp Rusiyaya qarşı qəfildən sərtləşdi “Wall Street Journal” qəzeti Tramp administrasiyasının Rusiyaya qarşı siyasətinin qəfil sərtləşdiyini yazır. Qəzet xatırladır ki, Donald Tramp seçkiqabağı kampaniyalar zamanı dəfələrlə Rusiyaya qarşı barışdırıcımövqedən çıxış edib, NATO və Vaşinqtonun alyansdakı bir sıra müttəfiqlərini isə tənqid edib. Ammaprezident kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra Kremlə qarşı sərt xətt tərəfdarı olan bir sıraşəxsləri özünün əsas köməkçiləri təyin edib.

Qəzet yazır ki, hətta Tramp NATO-nu dəstəklədi, xüsusilə də ötən həftə Konqrersdə çıxışı zamanı. Müdafiə naziri Ceyms Mettis isə bu yaxınlarda Avropada çıxış edərkən bildirdi ki, ABŞ indiki mərhələdə Rusiya ilə hansısa hərbi əməkdaşlıqda maraqlı deyil və onunla danışıqlarda “güc mövqeindən” çıxış etmək fikrindədir. “Wall Street Journal” yazır ki, ABŞ-ın Moskvaya qarşı kursunu belə dəyişməsi Avropada “alqışlarla qarşılandı”.Mənbə hesab edir ki, Vaşinqton bununla avropalı diplomatları əmin etdi ki, Şərqi Avropa ölkələri, xüsusilə də Ukraynanı dəstəkləməkdən imtina eləmək fikrində deyil.

Təhsil-press.az

Oxşar xəbərlər