Trampın oğlu da Hillari Klintona qarşı kampaniyaya qoşuldu

Trampın oğlu da Hillari Klintona qarşı kampaniyaya qoşuldu ABŞ-da prezidentliyə namizəd Donald Trampın oğlu Erik Tramp prezident seçkilərində Federal Təhqiqat Bürosunun apardığı istintaq işində adı hallanan namizədin (Hillari Klintonu nəzərdə tutur-red) seçki marafonunda iştirakını yolverilməz hesab edir.

Bu barədə Erik Tramp “Fox News”-a açıqlamasında bildirib.
“Bu, inanılmaz faktdır. Ölkəmizdə ona qarşı araşdırmaların aparıldığı və hətta cinayət işinin qaldırıla biləcəyi prezidentliyə namizəd var”, - deyə Trampım oğlu qeyd edib.
O vurğulayıb ki, ABŞ cəmiyyətinə belə maneələr lazım deyil, çünki ölkə daxilində işsizlik problemi, səhiyyə, təhsil sistemində problemlər, eləcə də orduda ciddi nöqsanlar var. Qeyd edək ki, ABŞ-da prezident seçkilərin noyabrın 8-də keçiriləcək. Prezidentlik uğrunda Donald Tramp və Hillari Klinton mübarizə aparır.

Tehsil-press.az

Oxşar xəbərlər