Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı

Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş poçt markası buraxıldı Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Təhsil-pressa.az-a verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub. Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.

Təhsil-press.az

Oxşar xəbərlər