Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov bu ölkənin Konqresinin yeni seçilmiş sədri Luz Salqado Rubianes ilə görüşüb. M.Məmmədov Konqres sədrini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, M.Məmmədov Konqres sədrinə ölkəmizin tarixi, yerləşdiyi region, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar və beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verib. Görüşdə, həmçinin Azərbaycan ilə Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Konqres sədri Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, Peru Hökumətinin də yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu qeyd edib, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.
Xatırladaq ki, 2013-cü il iyunun 10-da Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.
Tehsil-press.az