Noyabrın 13-dək hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Noyabrın 13-dək hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq Azərbaycanda noyabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Tehsil-press.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11°, gündüz 14-17° isti, Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək- 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, noyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, gündüz əksər bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-11°, gündüz 14-18° isti, dağlarda gecə 3-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Tehsil-press.az



Oxşar xəbərlər