.png)
Millimiz yarışın birinci günü uğurlu çıxış ediblər.
Kişi taekvondoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Belə ki, yığmanın kapitanı Nicat Mülsümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kq çəki dərəcəsində K42 kateqoriyalı idmançıların mübarizəsində qızıl, K43-də isə gümüş medal, eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev (75 kq) və +75 çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüb.
Yarışın ikinci günündə Aynur Məmmədova (+58 kq, K44) və Röyalə Fətəliyeva (59 kq, K44) mübarizəyə qatılacaq.
Tehsil-press.az