Bakı-2017: Qadın cüdoçumuz gümüş medal qazandı

Bakı-2017: Qadın cüdoçumuz gümüş medal qazandı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında qadın idmançımız İrina Kindzerska gümüş medal qazanıb.

Təhsil-press.az-ın məlumatına görə, 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İ.Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medala sahib olub. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər