Tramp: Sankt-Peterburqda teraktın qarşısının alınması - kəşfiyyat məlumatlarının düzgün mübadiləsinin nümunəsidir
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən kəşfiyyat məlumatlarının Rusiyaya verilməsi nəticəsində Sankt-Peterburqda terror aktının qarşısının alınması kəşfiyyat məlumatlarının mübadiləsinin düzgün nümunəsidir.Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu terror aktı zamanı minlərlə insan həlak ola bilərdi: "Onlar terrorçuları hücumundan əvvəl saxlamağı və insanların ölümünün qarşısını alıblar və bu çox gözəldir".
Qeyd edək ki, dekabrın 17-də Rusiya prezidenti Vladimir Putin Trampla telefon danışığı zamanı terror aktlarının qarşısını almağa kömək edən məlumatların Rusiyaya verilməsinə görə ABŞ prezidentinə təşəkkürünü bildirib.
Təhsil-press.az
- Baxış: 5013
Xəbərin tarixi: 19.12.2017 / 16:55
-
Oxşar xəbərlər