Mağazadan oğurluğun şok görüntüsü - Video

Mağazadan oğurluğun şok görüntüsü - Video Şirvan şəhərində mağazaya oğurluq məqsədi ilə basqın olub.
Müşahidə kamerasına düşən naməlum şəxs mağazaya girərək spirtli içki götürüb, əvvəlcə yanında dayanan satıcı Mehtiyev Fərid Fərhad oğlunun başına ağır zərbə endirib. Satıcı ölməsə də ayağa qalxa bilməyib.
Daha sonra oğru marketin kassasında dayanan xanım satıcı 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zamir qızının başından spirtli içkinin butulkası ilə vurub. Lakin zərbə yüngül olub və qadın mağazadan qaçaraq çölə çıxıb, ərtafdakı insanlara xəbər verib.
Hadisənin videosu sosial şəbəkələrdə yayılıb. Videoda ən diqqət çəkən məqam isə başından çox ağır zərbə alan oğlan satıcı Fərid Mehtiyevin sürünərək çölə çıxması və ətrafdakı insanların ona laqeyidliyidir. Bu biganəlik tənqid edilib..
Xəbərə görə, hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb.



Tehsil-press.az

Oxşar xəbərlər