
Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Əvvəlcə hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qayınatanı bıçaqlaması ilə nəticələnib.
Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq "RayPo" adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti ağır olaraq qalır.
Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tehsil-press.az