
Konfransda yeni istehsal müəssisələrinin yaradılması regionların inkişaf səviyyəsinin tarazlaşdırılmasının və məşğulluğun təmin olunmasının zəmini mövzusunda məruzə ilə çıxış edən alimlər Azərbaycanın regional siyasətinin səmərəliliyindən, bu sahədəki proseslərin elmi cəhətdən əsaslandırılmasından, regional inkişafın təminatından, həmin proseslərin məşğulluq səviyyəsinin artırılmasına təsir imkanlarından və s. məsələlərdən söz açıblar. Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafından, onun sosiallaşma səviyyəsindən, sənayeləşmə siyasətinin səmərəliliyindən, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasından və ölkənin səmərəli regional siyasətindəki rolundan ətraflı bəhs edilib.
Dosent Ceyhun Mahmudov iki bölmə iclasına rəhbərlik edib.
Konfrans maraqlı elmi müzakirələrlə yadda qalıb.
Kəmalə Rəhimli