Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir Adı bir vaxtlar münaqişə ilə assosiasiya olunan Xankəndi indi regional diplomatiyanın mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşündə dediyi “Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” ifadəsi təkcə ev sahibliyinə dair jest deyildi, bu, dərin tarixi təlatümlərdən keçmiş bir məkanın geosiyasi reabilitasiyasına verilmiş qlobal siqnal idi. Eyni zamanda, dövlət başçımızın bu çıxışı Azərbaycanın regiondaxili və regionlararası münasibətlər sistemində transformativ aktor rolunu necə üzərinə götürdüyünü açıq şəkildə nümayiş etdirir.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Xankəndidə keçirilən beynəlxalq zirvə təkcə fiziki məkan seçimi deyildi. Bu, postmünaqişə dövründə beynəlxalq hüququn, dövlət suverenliyinin və normativ gücün təcəssümünə çevrildi. Qarabağ münaqişəsinin diplomatik və hərbi mərhələlərini uğurla tamamlamış Azərbaycan indi həmin məkanları regional və qlobal dialoqun platformasına çevirir.

2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan təkcə ərazilərini azad etmədi, həm də regional güc mərkəzi statusunu institusionallaşdırmaq üçün imkanlar əldə etdi. Xankəndidəki Konqres Mərkəzində keçirilən İƏT Zirvəsi bu statusun ilk bariz nümunələrindən biridir.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Prezident Əliyevin nitqində diqqət çəkən əsas xətlərdən biri beynəlxalq hüquqa söykənən keçmişin hesabı ilə gələcəyin konturlarının eyni səhnədə təqdim olunması idi. Ermənistanın törətdiyi etnik təmizləmə, dini və mədəni abidələrin dağıdılması və minatəmizləmə problemi yalnız bir dövlətin faciəsi kimi deyil, beynəlxalq hüququn selektivliyinə qarşı ünvanlanmış strateji xəbərdarlıq kimi təqdim olunurdu. Əslində, bu, Azərbaycanın yalnız lokal ədalət deyil, qlobal prinsipiallıq uğrunda apardığı diplomatik mübarizəsinin ifadəsidir. Ermənistanın əməllərinin hüquqi qiymətləndirilməsi və 150 milyard dollara yaxın qiymətləndirilən zərərin beynəlxalq hüquq müstəvisində təqdimatı bu niyyətin institusional çərçivəyə salınmasıdır.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Zirvə görüşündə Prezident Əliyev Azərbaycanın artıq enerji ixracatçısı olmaqla yanaşı, geoiqtisadi platforma funksiyasını icra etdiyini də vurğuladı. Onun sözləri ilə desək, “Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir”. Bu isə Azərbaycanın Avrasiyanın enerji xəritəsində dayanıqlı aktor kimi tanınmasını təmin edir.

Bununla yanaşı, Zirvə çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumunun keçirilməsi təhlükəsizlik-diplomatiya-inkişaf üçbucağında yeni modelin formalaşmasından xəbər verir. Prezidentin vurğuladığı kimi, COP29-un ECO məkanında ilk dəfə Azərbaycanda keçirilməsi isə bu yeni modelin qlobal ekoloji gündəmlə sinxronlaşdırıldığını göstərir.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Azərbaycan tədricən “yumşaq güc” konsepsiyasını sərt geosiyasi reallıqlarla sintez edən dövlətə çevrilir. Bu transformasiya təsadüfi deyil, sistemlidir. Bərpa olunan şəhərlər, qayıdan əhali, qurulan forumlar, diplomatik institutlar — bunlar Azərbaycanın müharibədən sonra yalnız qalib tərəf kimi deyil, barış və inkişaf memarı kimi çıxış etdiyini sübut edir.

Prezidentin sonda səsləndirdiyi “Böyük Qayıdış” proqramı təkcə demoqrafik və sosial proses deyil — bu, geosiyasi subyektliyin bərpası, tarixin yenidən yazılması və hüququn geosiyasi dildə ifadəsidir.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Beləliklə, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı Azərbaycan diplomatiyasının simvolik məkanda strateji siqnal vermək bacarığını sübut etdi. Bu, Qarabağda suverenliyin yalnız bərpası deyil, regionun siyasi topoqrafiyasının yeni diskursla formalaşdırılmasıdır. Eyni zamanda, Azərbaycanın bu yeni mərhələdə məqsədi təkcə sabitlik deyil, nizam yaradan güc kimi tanınmaqdır və belə görünür ki, bu məqsədə çatmaqda Bakı artıq, sadəcə, iştirakçı deyil, həm də qaydaların həmmüəllifidir.

Prezident Əliyev Xankəndidə tarix yazdı: Qarabağ yeni diplomatik mərkəzdir


Xankəndi sammiti Azərbaycanın işğaldan azad olunmuş ərazilərini quruculuq və inkişaf məkanına çevirmək bəyanatını təsdiq etməklə yanaşı, həm də dünya birliyinin bu faktı qəbul etdiyini göstərdi. Müsəlman-türk birliyinin dövlət başçıları səviyyəsində Azərbaycana, Xankəndinə toplaşması, ölkəmizin təkcə Qafqaz regionunda deyil, bütövlükdə Yaxın və Orta Şərqdə əsas aktorlardan biri olduğunu təsdiqlədi. Zirvə görüşündə dövlət başçıları arasında rəsmi və qeyri-rəsmi ünsiyyət, verilən mesajlar Prezident İlham Əliyevin qlobal arenada qətiyyətli nüfuzunun və ölkəsi adına etibarlı tərəfdaş olduğunu göstərdi.

Tehsil-press.az

Oxşar xəbərlər