
“Tunis Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı günü keçirdiyi iclasda karantin rejimini iki həftə uzatmaq qərarına gəlib”, - məlumatda deyilir. Martın 22-də tətbiq edilən karantin aprelin 5-də başa çatır, beləliklə, hakimiyyət sözügedən tədbirləri aprelin 19-dək uzadıb.
Tunisdə karantin qaydalarının əməl edilməsinə ordu nəzarət edir, helikopterlər cəlb olunub.
Qeyd edək ki, indiyədək Tunisdə 362 nəfər koronavirusa yoluxub, 10 pasiyent dünyasını dəyişib.
Tehsil-press.az