Gürcüstanda koronavirusa yoluxanların sayı artır

Gürcüstanda koronavirusa yoluxanların sayı artır Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 115 nəfərə çatıb.
Hazırda ölkə üzrə 5,106 nəfər karantində, 294 nəfər həkim nəzarəti altında saxlanılır.
Epidemioloqlar ölkədə yoluxma hallarının artacağını bildirib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Gürcüstanda martın 31-dən etibarən ölkə daxilində ümumi karantin rejimi elan edilib.

Tehsil-press.az

Oxşar xəbərlər